VÜQAR ƏHMƏD BEYNƏLXALQ ELM VƏ İNCƏSƏNƏT AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib.

“Türk Dünyasına Xidmət” Qızıl Medal laureatı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Respublikası  “Turan” Elmlər Akademiyasının akademiki Vüqar Əhməd bu mükafata Azərbaycan və  rus xalqları arasındakı ədəbi əlaqələrin  tədqiqinə verdiyi töhfələrə, ümumiyyətlə, ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Beynəlxalq Elm və İncəsənət Akademiyasının (Paris)  Rusiya Nümayəndəliyinin (Moskva) rəhbəri, akademik, şöhrətli yazıçı A.N.Qriçenko Vüqar Əhmədə elm və incəsənətin inkişafındakı xidmətlərinə görə akademiyanın müxbir üzvü elmi adına layiq görüldüyünü bildirib və təbrik məktubu göndərib.

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İctimaiyyətlə Əlaqələr şöbəsi

 

Müstəqil.az

 

Share: