Vilyam Hacıyevin 5,3 milyon manatlıq əmlakı müsadirə edildi – SİYAHI

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı müsadirə edilib.

Trend-in məlumatına görə, bu barədə təqsirləndirilən şəxsin barəsindəki hökmdə qeyd olunub.

Hökmə əsasən, İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri – 1 852 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat),,İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat), Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat), İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat), İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, “10-PR-777” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)müsadirə edilib.

Həbs olunan əmlaklar zərərçəkmişələrə ödəniləcək, qalan məbləğ isə dövlət nəfinə ödənilib.

Qeyd edək ki, Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Xəbər

Share: