VHP üzvləri “Ana Harayı”nı ziyarət etdi – Foto

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri bu gün Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar olaraq faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət ediblər.

Müstəqil.Az  xəbər verir ki, anım yürüşünə VHP Ali Məclisinin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbərli, VHP sədrinin müavini Arif İsmayılbəyli, Siyasi Şuranın üzvü Faiq Balabəyli və partiya üzvləri qatılıblar.

VHP-çilər 1 dəqiqəlik sükutla Xocalı qurbanlarını yad edib və şəhidlərin ruhuna dua oxuyublar.

Müstəqil.Az

Share: