“Vaqner” Rustovdakı qərargahını belə tərk edir — Fotolar

“Vaqner” Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında onların tankları toplanır.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Share: