Vaqif Mustafayevin filmi “ən yaxşı” seçildi — Foto

20-22 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib.

“Azərbaycanfilm” kinostudiyasından “Qafqazinfo”ya bildirilib ki, oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Festivalın əsas mükafatı  – “Ən yaxşı tammetrajlı sənədli film” rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filminə təqdim olunub. 

Qısametraj sənədli film nominasiyasında “Münsiflər heyətinin xüsusi mükafatı”nı “Böyük qırmızı ev” (rejissor Leylaxanım Qəmbərli) filmi qazanıb.

Tədbirdə “Türk Dünyasına verdiyi töhfələrə görə” Milli Məclisin Mədəniyyət komitəsinin sədri, mərhum Qənirə Paşayeva adına təsis edilən şərəf mükafatı da təqdim olunub.



Share: