ABŞ-də dəhşətli qəza: Körpü üzərində 150-dən çox avtomobil toqquşdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhəri yaxınlığında ağır qəza baş verib.

Körpü üzərində 150-dən çox avtomobil toqquşub.

Qəza nəticəsində yeddi nəfər ölüb, 25 nəfər yaralanıb. Bu rəqəmlərin artacağı ehtimal edilir.

Nəqliyyat xidmətləri hələ də dağıntıların təmizlənməsini davam etdirir, kilidlənmiş avtomobillərdə insanların ola biləcəyi deyilir.

Qəza zamanı avtomobillərdən biri körpüdən çaya düşüb, lakin sürücü xilas ola bilib.

Kütləvi qəzanın od vurulmuş bataqlıqların yaratdığı güclü duman səbəbindən baş verdiyi, görmə məsafəsinin üç metr olduğu bildirilir.

Mənbə: “SHOT” “Telegram”

Share: