“Vətən”lə başlayır arzularım da… – Zəhra Əliyeva

***
BAYRAĞIMA QURBAN OLUM
Göy rəngi – göylərin ənginliyidir,
Qırmızı – tarixin zənginliyidir.
Yaşılı – sabahın ümid rəngidir,
Bayrağıma qurban olum!
***
Ər yurdudur, ər kəndidir,
Şuşa, Laçın, Xankəndidir.
Qürur yeri, and yeridir,
Bayrağıma qurban olum!
***
O, gücümdür, qüvvətimdir,
İstiqlalım, qüdrətimdir.
Allaha əmanətimdir,
Bayrağıma qurban olum!
***
Cəngi kimi havalansın,
Başım üstə dalğalansın.
100 yaşına 100 calansın,
Bayrağıma qurban olum!
VƏTƏNÇÜN YAŞAMAQ İSTƏYİRƏM MƏN
Mənim dualarım Vətənlə dolu,
“Vətən”lə başlayır arzularım da.
Elə yaşayım ki, ömür sürüm ki,
Vətənim göyərsin arzularımda.
***
Adını ucaldıb əməllərimlə,
Zirvəyə daşımaq istəyirəm mən.
Vətənçün ölmək də gözəldir, amma
Vətənçün yaşamaq istəyirəm mən!
AZƏRBAYCAN ƏSGƏRİ
Vətən sənə oğul dedi, –
Hər əmrinə hazırsan.
Bu gün cəsarətinlə
Yeni tarix yazırsan,
Azərbaycan əsgəri!
***
Keçmişin ləkəsinə,
“Alın yazım” demədin.
Dünya durdu qarşında,
Kimsəyə baş əymədin,
Azərbaycan əsgəri!
***
Sən türkün tarixində
Yeni İMZA atırsan.
Üçrəngli bayrağımı
Qarabağdan asırsan,
Azərbaycan əsgəri!
***
Vətən sənə oğul dedi…
Oğul – Vətən sipəri,
Oğul – düşmən çəpəri…
İlham ilə irəli,
Azərbaycan əsgəri!
Zəhra Əliyeva,
Binəqədi rayon
276 saylı tam orta məktəbin 8-ci sinif şagirdi.
Müstəqil.Az
Share: