Vəbadan ölənlərin sayı 2,2 min nəfərə çatıb

“Yəməndə vəbadan həyatını itirənlərin sayı 2,2 min nəfərə çatıb. Daha 925 min nəfərin isə vəbaya yoluxduğu ehtimal edilir”

Publika.az-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak bildirib. Mətbuata açıqlam verən rəsminin sözlərinə görə, epidemiya sürətlə yayılır:

“Əlimizdə olan son məlumatlara görə, noyabr ayının 12-ə qədər epidemiyadan 2 mindən çox insan ölüb. Ölənlər arasında azyaşlı uşaqlar çoxluq təşkil edir. Hazırda 925 mindən çox insanın isə vəbaya yoluxub-yoluxmadığı araşdırılır”.

Share: