Müstəqil.Az Mirbağır Bünyatlının bir neçə şeirini təqdim edir:
Bir də bizə şaxtababa gəlmədi..
Nə etdimsə,tüm yaşamım kül oldu.
Anam getdi pəncərələr kir oldu..
Xəstə bibim yollarda əsir oldu,
Bir də heç kim aynaları silmədi…
Dava düşdü, qulağımı kar etdim,
Səsimizin çıxmasından ar etdim..
Saxladığı ördəyini kor etdim,
Ömruboyu yazıq nənəm bilmədi…
Ruh qocaldı, ayrı düşdü bədəndən,
Gecələri haram etdi nədənlər…
Atam bizi tərk eləyib gedəndən,
Bir də bizə şaxtababa gəlmədi..
Çörək boyat,təndirimiz tat oldu.
Dərdlər gəldi üst-üstünə qat oldu..
Evimizin divarında çat oldu,
Ta əmimin şəkilləri gülmədi…
Qram-qram təsəllilər yordular.
Bir təzəcə fidan vardı, qırdılar…
-Çox qocalıb,daha hürmür- vurdular,
İtim belə əcəliylə ölmədi….
Bundan sonra nə edəcəm, bilmədim..
Buludlardan yağış-yağış ayrılaq,
Ocaqlardan ovuc-ovuc kül gedək.
Gedəndə də bir ayrı cür gedəye
Sən niyət tut,mən də açım fal gedək..
Və yıxılım,parçalansın dizim keç
Əs küləyim,saçlarından həzin keç.
Bu adamın varlığına üzül, keç
Bu adamın yoxluğuna gül gedək…
Yol görmədim gedənlərin fikri tək.
Bu mən,bu sən, bu yolumuz-üçlü çək
Pəncərədə eeh bir ürək şəkli çək,
Arxamızca qoy eyləsin əl gedək…
Biz şəkildən şəklə düşdük,üz nədi?!
Zərrəmizdən olan yerdə Biz nədi?
Nə etsək də heç kim bizi çözmədi,
Biz dönərik bir gün gələr Sirr gedək…
Nə durmusan,a bəxtəvər,öl gedək.
Sənə yol gəlirəm axșamtərəfi,
Çıxmıșam șəhərə kəndimin üstən…
Elə yorulmușam, çay qoy gəlincə
Bir az zəhər çilə qəndimin üstə…
Bir az zəhər çilə, olum canımdan.
Canım havalanıb uçsun yanından..
Elə üșüyürəm ayaqlarımdan
Gəl gedib oturaq təndirin üstə…
Sənin əllərindən ölüm də xoșdu..
Mən də bir qəribəm, nə desəm boșdu…
Üstümə geydiyim ömür də yașdı,
Götür, as qurusun kəndirin üstə..
Sənə yol gəlirəm axșamtərəfi