“Unnu Ağca və Dağ Şairləri” kitabı işıq üzü görüb

“Unnu Ağca və Dağ Şairləri” kitabı işıq üzü görüb

Tovuz rayonunun zəngin folklor və ədəbi mühitini əks etdirən “Unnu Ağca və Dağ Şairləri” adlı kitab “Elm və Təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabın tərtibçisi Çingiz Abbasov, redaktoru İradə AyteI, nəşrə hazırlayan isə Yaqub Namazovdur.

Nəşrdə Tovuzun folklor irsinin mühüm nümunələri və yerli ədəbi mühitin zənginliyi bir araya gətirilib. Kitabın birinci hissəsində görkəmli folklorşünas Sədnik Paşa Pirsultanlının topladığı Unnu Ağcaya məxsus lətifələr yer alır. İkinci hissədə isə Tovuzun dağ kəndlərində yaşayıb-yaradan şairlərin poetik nümunələri təqdim olunur.

Müəlliflərin və toplayıcıların məqsədi xalqın mənəvi irsini qorumaq, kənd həyatının ruhunu gələcək nəsillərə çatdırmaq və bölgənin ədəbi mühitini daha geniş oxucu kütləsinə tanıtmaqdır.

Qeyd olunur ki, kitab həm folklorşünaslar, həm ədəbiyyat tədqiqatçıları, həm də ümumilikdə milli mədəni irsə maraq göstərən oxucular üçün dəyərli mənbə hesab olunur.

Share: