“Ümumiyyətlə efirləri xoşlamıram”-Xəyyam Nisanov…

Space telekanalında nümayiş olunan “Hər səhər” proqramının bu dəfəki qonaqları arasında müğənni Xəyyam Nisanov da olub.

Müğənni efirdə görünməməsi ilə bağlı maraqlı açıqlamalar verib: “Ümumiyyətlə efirləri xoşlamıram. İldə cəmi iki-üç dəfə efirə çıxıram. ”

Aparıcının “əgər efirə çıxmaramsa bir də çağırmazlar” kimi düşüncə tərzinin mövcudluğu ilə bağlı replikasının cavabında Xəyyam bu cür fikirlərin artıq ortadan qalxdığını düşündüyünü deyib:

“Amma hələ də bu cür düşünənlər var. Lakin mən belə fikirləşmirəm. Tədbirlərə gəldikdə isə, onsuz da çoxdur. Dəvətlərin efirlə bağlı məsələ olduğunu doğru deyil, Əvvəl hansısa müğənni verilişə dəvət olunub getməyəndə ona həmin kanalda qadağa qoyulardı. Beş il əvvəl kanalların birində mənə qadağa qoyulub. Mən bu olayı təmiz unutmuşam. Ancaq bəzən özləri də çaşır, işçiləri zəng vurub deyirlər ki, Xəyyamı efirə dəvət etmək istəyirik. Kanalın adını deyəndə bildirirəm ki, o kanala getmədiyimi onların yadına salın. Artıq mən özüm getmirəm. Ancaq bu vəziyyət bu gün gülməlidir. Yaşadığımız internet əsrində efirə çıxmasan müştərin azalar düşüncəsi çox gülüncdür. Mən illərlə efirə çıxmıram. Son beş ildə hər il iki-üç dəfə olar ki, efirə çıxım. Bu da ondan irəli gəlir ki, özüm istəmirəm”.

 Müstəqil.Az
Share: