Sevil Sevinc bacıları şəxsi biznesləri haqqında danışdılar…

Müstəqil.Az bildirir ki,Space telekanalında nümayiş olunan “Hər səhər” proqramının  növbəti qonaqları arasında Sevil və Sevinc bacıları da olub.

Proqramda əkiz bacıların biznes fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar verilib. Aparıcı Anarın onlara məxsus mağazanın bağlanması ilə bağlı sualının cavabında bacılar bildiriblər ki, əslində həmin mağaza bağlanmayıb:

“Mağaza şəxsi olmadığı üçün bir az müqavilə ilə bağlı problemlər yaşadıq. Əslində mağazanın filiallarının açılması planlaşdırılır. Hazırda ailəmiz bu işin üzərində çalışır. Bağlanmamışıq, bankrot olmamışıq. Hər şey yerindədir. Bu da ticarətdə bir qaydadır ki, yeni kolleksiyaları almaq üçün öz cibimizdən pul verməmək məqsədi ilə əvvəlkiləri maya dəyərinə satıb yenilərini alırıq”.

 

Müstəqil.Az

Share: