Ukraynada yenidən həyəcan siqnalı verilir

Ukraynanın 8 vilayətində və paytaxt Kiyevdə hava hücumu təhlükəsi elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz teleqram kanalında paylaşıb. 

Məlumata görə, Kiyev, Sumı, Dnepropetrovsk, Xarkov, Kirovoqrad, Çerkassı, Poltava və Çerniqov vilayətlərində həyəcan siqnalı səsləndirilir.


Share: