Almaxanım Əhmədli “Bayatı- türk” muğam triosu ilə çıxış edib…

Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli “Bayatı- türk” muğam triosu ilə çıxış edib.
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin paytaxt İslamabadda 100 illik yubiley tədbiri keçirilib. Tədbirdə Pakistandakı dünya öllələrinin səfirliklərinin diplomatları, eləcə də qardaş ölkənin ictimai, dövlət xadimləri iştirak edib.
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun dəvətilə “Bayatı-türk” Trionun xanəndəsi, sevimli gənc sənətkar, AzTV-nin və BMM-in solisti Almaxanım Əhmədli və onu müşayiət edən instrumental ifaçılar, istedadlı musiqiçilər Bakı Musiqi Kollecinin müəllimləri tarzən Məsim İslamov və kamanzən Elvin Novruzov Pakistana səfər ediblər.
“Bayatı-türk”ölkəmizi, milli musiqimizi qardaş ölkədə həmişəki kimi ləyaqətlə təmsil edib. Musiqiçilər qeyd etdiyimiz kimi Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin təşkilatçılığı ilə Pakistanın İslamabad şəhərində dövlət rəsmiləri üçün keçirilən tədbirə dəvətə görə başda Azərbaycanın Pakistandakı səfiri cənab səfir Xəzər Fərhadov olmaqla, bütün əməyi keçən kollektivə, o cümlədən səfirliyimizin əməkdaşı Baba İslama təşəkkürlərini bildiriblər.

Share: