Ukraynada iki helikopter qəzaya uğrayıb: Bütün heyət həlak olub

Donetsk vilayətində Ukraynaya məxsus iki hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən xəbər verilib.

Məlumata görə, Mi-8 hərbi helikopterlərinin bütün ekipajı həlak olub, hadisə yerində ölən 6 hərbçinin cəsədi tapılıb.

Faciənin döyüş tapşırığını yerinə yetirərkən baş verdiyi vurğulanıb.

Mənbə: Ukrainskaya Pravda

Share: