Azərbaycan Gülənçilərlə üzbəüz

Xatırladım ki, mən son 20 ildir ki, Pensilvanidə yaşayan ABŞ, (Pensilvani 100) Türk dünyasının xüsusi Türkiyə Cümhuriyyətində siyasi hadisələrin əsas mərkəzində dayanan onun düyün nöqtəsi olan Mərkəzi Kəşfiyyat İdarəsinə söykənərək bütöv türk millətini, xüsusən Azərbaycanı hörümçək toruna salmaq üçün yeni strategiya və taktikalar işləyən Fətullah Gülən haqqında tam metrajlı 16 hissəli bədii-sənədli filmi bitirdim və onunla bağlı Annatasiyaları əvvəlcə Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinə, sonra da ölkənin XİN-nin mətbuat katibliyinə göndərildi.

“Məhəmməd Fətullah Gülən” filmi bir daha təsdiq edir ki, Azərbaycanda yaxın vaxtlara “Gülən əməliyyatı” başlana bilər.

Azərbaycan düşmənləri (həm daxili və həm də xarici) bu əməliyyatın həyata keçməsi üçün var güclərini ortaya qoyublar. Birinci növbədə Fətulla Gülənçiləri MKİ-nin (ABŞ) Azərbaycana səpələnmiş agentləri, əməkdaşları tərəfindən nazirliklərdə, idarə və müəssisələrdə, qoşun kontingentində, hüquq-mühafizə orqanlarında, təhsil və səhiyyə sistemində, bank sistemində… ictimai-rəyləri formalaşdırmaqdan və bunun müqabilində narazılıqların, etinasızlıqların genişləndirilməsi və s.

Fethullah Gulen kimdir?

Əldə olunan ilkin sənədlər göstərdi ki, bunun üçün Gülən dəstəsi Azərbaycan jurnalistlərinin geniş fəaliyyətləri üçün birinci “Konfrans” üçün 250 milyon dollar ayırıb və o pullar artıq mənzil başındadır.

Prezident və viste-Prezident haqqında ictimai rəy yaratmaq, onları, ümumən Əliyevlər ailəsini gözdən salmaq üçün 250 milyon dollar diqqətçəkən rəqəmdir. Bunun üçün Azərbaycanda və onun əsasən hüquq mühafizə orqanlarında narazılıqlar yaratmaq, generalları bilavasitə ölkə başçısına dövlətçilik ənənələrinin həyata keçirilməsində ona yardımçı olan və ona heç vaxt xəyanət və satqınlıq etməyən tanınmış ictimai-siyasi xadimləri ləkələmək, özlərinin və ailə üzvlərinin ünvanlarına olmazın şər və böhtan demək, sonradan bunu ənənəyə çevirmək… Bax, bu, milliyyəti dəqiq bilinməyən (biz hələ araşdırırıq. R.N) Fətulla Gülənin və Gülənçilərin taktikasıdır.

Bu istiqamətdə saxta, üzsüz, dayaz yazıları ilə özünü diqqətdə saxlamağa çalışan bəzi  qələm sahiblərinin fəaliyyəti maraqlıdır. Görünür, Prezidenti və Prezidentin xanımını sevməyən qüvvələr deyəsən estafeti bu gün Azərbaycan mediasının ünlü adamlarından biri sayılan, dünənin qəti müxalifətçisi olan birinin əlinə verdilər. “Yeri” – dedilər, irəli. Arxanda bizik (yəni Fətulla Gülənçilər).

Araşdırma materialarına görə bu sözlər Analitiklər üzə (MKİ-nin) Azərbaycan qrupunun başçısı terrorizmi araşdıran və təhlil edən ölkələrarası terror təhlükəsi baş verdi. Dövlət çevrilişlərini təhlil edən general Koln Cumiyə məxsusdur.

… Biz dərinə getmirik. Sadəcə düşünürük; bir dəfə də olsun bizim telekanallar və saytlar Türkiyədə dövlət çevrilişlərinə rəvac verən Fətulla Gülənçilərin əsas məqsədini açıqlamadılar, onun strategiya və taktikalarından danışmadılar. Çünki qorxu və rüşvət dövlətçiliklə bir araya sığmır.

Bəylər Eyyubov Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib - Poliqon.az

Məlumata görə yuxarıda haqqında bəhs olunan jurnalist ölkə başçısı haqqında eləcə də ölkənin demək olar ki, bel sütunu olan Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov arasında əsl anlaşılmaz bir körpü qurub. Biz bununla bağlı xeyli yazılara, sənədlərə baxdıq… Bütün hadisələrdə məqsəd cəmiyyətdə ictimai rəyi formalaşdırmaqdır. Bu məsələ bu günlərdə bitirdiyim filmin ssenarisində də var. Nəticədə Daxili İşlər Nazirliyinə biri-birinin ardınca üç teleqram vurduq. Nazirin yadına saldıq ki, (filmdə bu teleqramların mətnləri, tarixləri və nəşrləri var. R.N) cənab general, Sizə qarşı, ümumən Prezident komandasında, eləcə də vitse-prezident komandasında 1978-ci ildə (DİN-də baş verən terror hadisəsini xatırlayın) baş verən və generalların, şəxsən unudulmaz Heydər Əliyevin generallarının qətli ilə bağlı terror hadisəsini xatırlatdım. Amma… çox çətin oldu…

Həmin teleqrama cavab qardaş Türkiyədən gəldi,  Bakıdan isə yox… (Onsuz da biz bu istiqamətdə də tədqiqatımızı aparırıq R.N). Məqsəd ölkə başçısı Müstəqil Azərbaycanın qarantı olan Prezident İlham Əliyevin, vitse-prezident Mehriban xanım Əliyevanın baş verə biləcək terror hadisələrindən qorumaqdır. Xatırladım ki, bu barədə Azərbaycan və Türkiyə prezidentlərinin söhbətləridə filmdə öz əksini tapıb.

Şahin Mustafayev iqtisadiyyat naziri vəzifəsini tərk edərək, baş nazirin müavini oldu

DİN-ə hücum qurtarmamış Azərbaycan İqtisadiyyatını gözəl bilən nazir müavini Şahin Mustafayev hədəf seçildi. Nə üçün? Amerika Mərkəzi Kəşfiyyat İdarəsi nə istəyir? Necə deyərlər, Prezidentin qol-budağını vurub kəsmək… sonrakı mərhələ asandır. Təhlillər göstərir ki, bu mümkün deyil. Ölkə başçısının güclü mühafizə dəstəsi var və o sınaqdan çıxıb… General Bəylər Əyyubov bütün sınaqlardan çıxıb həm sədaqətdə, həm də hörmət və ehtiramda… Heç bir qrup, o cümlədən Fətulla Gülənin sərvəti onları aldada bilməz. Qoy heç kəs unutmasın ki, arxada Azərbaycan xalqıdır…

Şübhəsiz, söhbət dostluqdan, münasibətdən getmir. Söhbət saflıqdan və ləyaqətdən gedir. Bütün bunlarla o özünü təsdiq edib və xeyirxah iş adamı kimi tapınır.

Amma görün bizim bəzi mətbuat “generallarımız” öz gözləri ilə deyil, düşmən gözü ilə ona tərəf boylanır. Biz hələ Azərbaycan jurnalistikası ilə bağlı çox məsələləri açmırıq. Şübhəsiz belə vaxtda bizə sakitlik və dinclik lazımdır. Münasibətlərdə qırılan yelləri biri-birinə bağlamaq lazımdır.

Azərbaycanı yaxşı tanıyan və çox güclü araşdırma materiallarına malik olan, ABŞ MKİ-nin əməkdaşı Koln Kumi məndən Göyçayda yaşayan iş adamı, ölkədə baş verən sellərlə, ardı-arası kəsilməyən uçqun və dağıntılarla əlaqədar neçə vaxt bundan qabaq Göyçaylı Fərhad Əhmədəovu yada saldı. Mən – dedi, Bakıda olanda prezident onu xəbər aldı. Dedim ki, o mənim dostumdur. İşgüzar və bizdə olan məlumatlara görə o çox möhkəm adamdır, ölkə sahibidir. İstədim  cənab Prezidentdən xahiş edəm ki,  onu qorusun. O, Azərbaycana lazımdır. Amma o, dedi ki, Siz narahat olmayın, o, öz xeyirxah əməlilə, doğma xalqa və millətə sevgisilə özünü tanıdıb, sevdirib. O, çox möhkəm adamdır. Mənim də dostumdur.

ferhad-ehmedov-nece-ifsa-olundu

Azərbaycan Prezidentinin yumruğu hələlik açılmayıb. Onu çaşdırmaq olmaz. Prezidentin gözündən onu salmaq, dostluğa kölgə salmaq daha mümkün deyil. Professor iqtisadçı, aktiv nazirlərdən olan Şahin Mustafayev özünü təsdiq edib. Onun bir üzü var: dostla dost, düşmənlə düşməndir. Yığılan və yaxud toplanılan məlumatlarda Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun adı da çox hallanır. Araşdırmalarımız və təhlillərimiz göstərdi ki, bu məlumatların da kökü bəzi qlaflanmış jurnalistlərin qələminə, düşüncəsinə gedib çıxır.

Kəmaləddin Heydərov istefa ərizəsi yazıb? - Nazirlikdən rəsmi CAVAB

Və Fətulla Gülən filmində belə bir sual qoyulur: – Cənablar, general K.Heydərov ölkə başçısının sağ əlidir. Çəkilin yoldan. “Fətulla Gülən” filmində bu məsələ çox ciddi qoyulur. Hər sözün, hər söhbətin arxasında fakt və sənəd dayanır. Onları təkzib etmək mümkün deyil. Unutmayaq ki, aşıb-daşan sellərin, suların, çayların məcrasını sakitləşdirən, yanan meşələrin odunu, ocağını dağıdıb, soyudan məhz oldur. Filmdə çox sirlər açılacaq. Hiss edirəm ki, Azərbaycan yorulub. Və yenə hiss edirəm ki, həmin jurnalistə ( Jurnalistin adı yazıda bir neçə dəfə çəkilsə də, bu ağır ittiham üçün heç bir fakt və sənəd göstərilmədiyinə görə yazıdan çıxarılıb. F. Balabəyli) ölkə başçısı heç bir orden və yaxud medal verməyib. Sadəcə ölkə başçısı o ordeni,  yaxud medalı həmin jurnalistin döşünə taxıb. O mükafatı verən tamam başqa adamdır. Sağlıq olsun.

O adamdır ki, onun diirijor çubuğu hələ sınmayıb…

Yaxşı adamlar həmişə vicdanı ilə üz-üzə tez-tez dayanır. Siz isə – bir dəstə “qələm sahibi” isə artıq hər şeyi itirdiniz. Yaxşı ilə yamanı qarışdırdınız. Siz tarix yarada bilmədiniz. İşiniz-peşəniz yalan və böhtan yazmaq oldu… Mən Fətulla Gülən sənədlifilmində Azərbaycan jurnalistikasının faciəsini yazıram və onun törətdiyi cinayətləri (xalqla-prezident arasında, xalqla vitse-prezident arasında sındırdığınız körpülərdən önəmli faktlara toxunuram. Amma yenə dərinə getmirəm). Məlumat üçün deyim ki, Sizin qara yazılarınız onlarla vicdanlı, yüksək mənəvi dəyərlərilə xalqına xidmət edən insanları işindən-gücündən uzaq saldı.

Yadıma Türkiyə hadisələrində çevrilişdən bəhs edən “odlu-alovlu” jurnalistləri dağıntıların önüdə-birinci cərgəsində gördüm. Yazdığı yazılardan (yalanlardan) bezən, yorulub, əldən düşəm “jurnalistləri” tanıdım. Mövqelərini itirmiş, yarınmaq üçün adam axtaranları… bir daha tanıdım. Axı mən nə vaxt demişəm ki, Siz kələfin ucunu itirib, kənarda durdunuz.

Mən hələlik bir mesajla fikirlərimə yekun vururam!

Cənablar, Azərbaycanda çevriliş olmayacaq.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Redaksiyadan: Maraqlı detallar və müəyyən xətt üzrə yazılan yazıda çox ağır ittihamlara rəvac verilir. Bu baxımdan haqqında bəhs olunan, kifayət qədər tanınan və vətənpərvərliyi, mübarizliyi ilə seçilən, bu gün də Azərbaycan həqiqətlərini rəhbərlik etdiyi Media qrumunda cəsarətlə  yayınlayan jurnalistin adı məqalədən çıxarıldı və müəlliflə razılaşdırılıb ixtisar edildi.

 

Share: