Ukraynada erməni əlifbasına abidə qoyuldu… -FOTOLAR

Oktyabrın 2-də Ukraynanın Zaporojye şəhərində Yerevanın qondarma “2800 illik yubileyi” və Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən erməni mədəniyyəti günləri çərçivəsində erməni əlifbasına həsr olunmuş abidə açılıb.
 
Müstəqil.az-ın Ukraynanın “Analitika” portalına istinadla yaydığı xəbərdə deyilir ki, erməni kilsəsinin ərazisində  qurulmuş abidənin  açılış mərasimində  Zaporojye  vilayətinin qubernatoru  Konstantin Brılla yanaşı, Ukraynadakı müxtəlif erməni təşkilatlarının rəhbər və fəalları da qatılıblar.
Ukrayna Erməni İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, abidə Ermənistandan kənarda erməni əlifbasına həsr olunmuş ən böyük abidələrdən biridir.
 
Share: