İfa etdiyi alətə görə sevdiyindən məhrum oldu -MARAQLI

Səudiyyə Ərəbistanında məhkəmə qızları ilə evlənmək niyyətində olan adamı ud çaldığı üçün qəbul etməyən ailəni haqlı hesab edib.
Moderator.az xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Əl Qasım şəhərində baş verib. Müəllim bir adam 38 yaşında olan bank içşisi bir qadınla evlənmək niyyətini bildirərək qızı ailəsindən istəyib. Ancaq qızın ailəsi adamın ud çalmasını dini cəhətdən düzgün hesab etməyərək qızlarını ona verməyib.
Müəllimlə evlənmək istəyən və adı açıqlanmayan gənc qız da çarəni ailəsini məhkəməyə verməkdə görüb. Məhkəmə də ailəni haqlı hesab edərək evliliyə icazə verməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunlarına görə qadınlar səyahət və ya evlilik kimi hadisələrdə ataları, ərləri və ya qardaşlarından icazə almaq məcburiyyətindədirlər.
Share: