Oktyabrın 2-də Ukraynanın Zaporojye şəhərində Yerevanın qondarma “2800 illik yubileyi” və Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən erməni mədəniyyəti günləri çərçivəsində erməni əlifbasına həsr olunmuş abidə açılıb.
Müstəqil.az-ın Ukraynanın “Analitika” portalına istinadla yaydığı xəbərdə deyilir ki, erməni kilsəsinin ərazisində qurulmuş abidənin açılış mərasimində Zaporojye vilayətinin qubernatoru Konstantin Brılla yanaşı, Ukraynadakı müxtəlif erməni təşkilatlarının rəhbər və fəalları da qatılıblar.
Ukrayna Erməni İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, abidə Ermənistandan kənarda erməni əlifbasına həsr olunmuş ən böyük abidələrdən biridir.


