Ukrayna ötən gecə Rusiyaya məxsus 17 PUA məhv edib

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiyaya məxsus 22 “Shahed” tipli pilotsuz təyyarədən (PUA) 17-ni məhv edib.

“The Kyiv İndependent”ə istinadən xəbər verir ki, Rusiya qüvvələri həmçinin Xarkov vilayətinə beş ədəd S-300 raketi, eləcə də Sumı vilayətinə iki ədəd Kh-59 idarə olunan raket atıb. Hərbi Hava Qüvvələri tərəfindən raket buraxılışlarının nəticəsi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, pilotsuz təyyarələr Kiyev, Poltava, Xmelnitski, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Vinnitsa, Zaporojya və Rivne vilayətləri üzərində ələ keçirilib.

Lamiyə Şirinova

Share: