Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə verəcək

Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

O, bildirib ki, Kiyev İranın Moskvanı Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi PUA-larla təmin etməsi məsələsinə məhkəmədə baxılmasında israrlıdır.

“Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və İranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq”, – Şmıqal bildirib.

Ukraynanın baş naziri vurğulayıb ki, Moskvaya dəstəyi dayandırmaq üçün Tehrana təzyiq etmək lazımdır. Həmçinin, o əlavə edib ki, İranın Rusiyaya raket ötürməsinin qarşısını almaq vacibdir.

Qeyd edək ki, Ukrayna ordusunun məlumatına görə, Rusiya Ukraynada ən azı üç İran istehsalı dron modelindən istifadə edir: Kamikadze dronları “Shahed-136”, “Shahed-131” və çoxməqsədli “Mohajer-6”.

Mənbə: rbc.ua

Share: