“Qarabağ” rəhbərliyi fotoqrafın işini bərpa etdi

“Qarabağ” rəhbərliyi klubdan kənarlaşdırılan fotoqraf Elmir Kərimovu yenidən işə bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bunu fotoqrafın özü deyib.

O bildirib ki, klubun bazasına dəvət olunub və rəhbərliklə görüşüb. Görüş zamanı fotoqrafın yenidən işinin başına qayıtması istənilib və o, buna razılıq verib.

Qeyd edək ki, “Qarabağ” rəsmisi E.Kərimova matçların çəkilişinə görə verdiyi qonorarı azaltmışdı və ona bununla razı olmadığı halda işindən ayrıla biləcəyini demişdi. Söhbət bir oyuna görə 100 manatın 50 manata endirilməsindən gedirdi.


Share: