Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya edib

Ukraynanın milli təhlükəsizliyinə qarşı hərəkətlərinə görə 8 Gürcüstan vətəndaşı ölkələrinə deportasiya edilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, polisin və miqrasiya xidmətlərinin topladığı materiallar əsasında UTX həmin vətəndaşların Ukraynanın milli təhlükəsizliyinə təhdid hərəkətlərini müəyyənləşdirib.

Ölkənin hüquq mühafizə orqanları xarici vətəndaşları Ukraynanın qanunlarına hörmətlə yanaşmağa çağırıb.

Müstəqil.Az 

Share: