“Twitter”dən gözlənilən yenilik gəldi – Artıq hər kəs istifadə edə biləcək

ABŞ-ın Twitter Inc. şirkəti “Twitter” mikrobloqunda işarələrin sayını 140-dan 280-ə qaldırıb.

Yeni işarə ölçüsü bütün “Twitter” istifadəçiləri üçün əlçatan olacaq. Yenilik sentyabr ayında elan edilsə də, məhdud çevrəli şəxslər üçün əlçatan idi.

Məhdud işarə sayı sosial şəbəkələr arasında “Twitter”in əsas xüsusiyyəti idi. Buna baxmayaraq istifadəçilər tvitə uzun mətn yazılmış skrinşotlar bərkidərək, yaxud tvitləri birləşdirərək məhdud imkanları artırmağa çalışırdılar.

Share: