Türkiyənin iki vilayətində zəlzələ baş verib

Türkiyənin Malatya və Muğla vilayətlərində zəlzələ baş verib.

Məlumata görə, Malatya vilayətində 4,3 bal gücündə olan zəlzələ yerli vaxtla

07:56-da (Bakı vaxtı ilə 08:56 – red.) olub. Zəlzələnin dərinliyi 7,04 kilometr olaraq ölçülüb.

Muğlanın Datça rayonu sahillərindəki zəlzələ isə 4,3 bal gücündə olub.

Zəlzələ saat 05:18-də  (Bakı vaxtı ilə 06:18 – red.) Aralıq dənizi sahillərində, 4,3 bal gücündə qeydə alınıb.

6,94 kilometr dərinlikdə olan zəlzələ mərkəzinin Muğladan 224 kilometr uzaqlıqda olduğu müəyyən edilib.

Mənbə: Haber Global

Share: