Türkiyəli tanınmış aktrisa vəfat etdi

Türkiyəli aktrisa Başak Özel vəfat edib.

Bu barədə “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, aktrisa 51 yaşında dünyasını dəyişib. Başak Özelin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, B.Özel “Kurtlar Vadisi”, “İhlamlular Altında”, “Kolpaçino”, “Umutsuz Ev Kadınları”, “Karadayı” ve “Anne” kimi seriallarda rol almışdı.


Share: