Türkiyədəki zəlzələlərdə bu qədər bina dağıldı

“Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra 820 mindən çox bina yararsız vəziyyətə düşüb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

O bildirib ki, bu, 11 əyalətin 5-i üçün qiymətləndirilmiş ziyandır:

“Məlum olub ki, 1 milyon 706 min bina dağılıb, 821 min 302 binanın isə istismarı mümkün deyil”.


Share: