Stresdən azad olmaq üçün spirtli içki butulkalarını sındırdı

Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkilərinin satıldığı bölməyə yaxınlaşıb 25 ədəd spirtli içki butulkasını yerə ataraq sındırıb.

Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qadın polislər tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində bu addımı stresdən azad olmaq üçün etdiyini bildirib.

Araşdırma davam etdirilir.

Mənbə: Baza

Share: