Türkiyədə yoluxanların sayı azaldı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 18 nəfər ölüb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 4 425 nəfər COVID-19 infeksiyasına yoluxub, 14 493 nəfər isə sağalıb.

Müstəqil.Az

Share: