“Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

“Dünya Vladimir Putinin Ukraynada taktiki nüvə silahından istifadə etməsinə hazır olmalıdır”.

Müstəqil.Az  xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, bundan yalnız Ukrayna deyil, bütün dünya narahat olmalıdır.

Zelenskinin sözlərinə görə, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.

Müstəqil.Az

Share: