Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadla xəbər verir ki, qəza zamanı helikopterdə 4 nəfər olub. 

Onlardan biri xilas edilib, digər üç nəfərin axtarışları isə davam edir.


Share: