Avropada günün maraqlı futbol oyunları

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümə uğursuz başlayan “Çelsi” “Bornmut”un qonağı olacaq.

Çempionluğa iddialı “Arsenal” da səfər matçına çıxacaq. London klubu rəqib meydanında “Everton”la üz-üzə gələcək.

Fransa Liqa 1-də mövsümə uğurlu start verən “Marsel” bu tur “Tuluza”nın müqavimətini qırmağa çalışacaq.

İtaliya A Seriyasında iki turdur məğlubiyyətlə üzləşən və cəmi bir xalı olan “Roma” autsayder “Empoli” ilə səfər oyununda uğursuzluğa son qoymağa çalışacaq.

İspaniya La Liqasında itkisiz irəliləyən “Real Madrid” “Real Sosyedad”ı sınağa çəkəcək.

Türkiyə Super Liqasında “Fənərbağça” “Antalyaspor”u sınağa çəkəcək, mərkəzi oyunda isə “Beşiktaş” və “Trabzonspor” münasibətlərinə aydınlıq gətirəcəklər.

Avropada günün maraqlı futbol oyunları

17 sentyabr

İngiltərə Premyer Liqası

17:00. “Bornmut” – “Çelsi”

19:30. “Everton” – “Arsenal”

Fransa Liqa 1

19:05. “Marsel” – “Tuluza”

İtaliya A Seriyası

22:45. “Roma” – “Empoli”

İspaniya La Liqası

23:00. “Real Madrid” – “Real Sosyedad”

Türkiyə Super Liqası

18:00. “Fənərbağça“ – “Antalyaspor”

21:00. “Trabzonspor” – “Beşiktaş”.

Faiq Tahirov

Share: