Türkiyədə saat 09:05-də həyat durdu FOTOLAR

Türklər Atatürkü belə andı.

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 79 il ötür. 1881-ci ildə Salonikdə doğulan Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib.

O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub. 1938-ci ildəki vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk, ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi liderdir.

Atatürk ölümünün 79-cu ilində də Türkiyədə böyük hörmət və ehtiramla yad edilib. Saat 09:05-də vəfat etdiyi saatda bütün Türkiyə həyat bir dəqiqəlik dayanıb. Məhz bu zaman yollarda maşınların belə hərəkəti dayanıb. Sükan arxasında, iş başında, metroda olan insanlar ayaqüstə duraraq ona sevgilərini nümayiş etdiriblər.

Minlərlə insan, o cümlədən ölkə rəhbərliyi onun xatirəsini Ankaradakı mavzoleyində də anıb.

Share: