Türkiyədə polis şöbəsinə silahlı basqın — Yaralılar var+Video

Türkiyənin Mersin şəhərində silahlı şəxslər polis şöbəsinə hücum edib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, silahlılarla polislər arasında baş verən atışma nəticəsində biri ağır olmaqla iki polis əməkdaşı yaralanıb. Hücumun ardınca isə polis şöbəsinin yaxınlığına qoyulan bomba partladılıb.

Hadisədən dərhal sonra əməliyyat keçirən polis bir silahlını şübhəli şəxs qismində saxlayıb.



Share: