Məşhur fotoqraf vəfat etdi

Tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Asimoğlu (Talıbov) vəfat edib.

Kulis.az xəbər verir ki, bu haqda onun dostları sosial şəbəkədə məlumat yayıblar. O, ötən gün dünyasını dəyişib. 36 yaşlı fotoqrafın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ş.Asimoğlu peşəkar fotoqraf kimi bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub.

Share: