Türkiyədə 3 min illik qala tapıldı…

Türkiyədə, Van gölü ətrafında, suyun dərinliklərində aparılan araşdırmalar zamanı 3 min il əvvələ aid olduğu ehtimal olunan qalanın qalıqları tapılıb.

Müstəqil.Az xəbər verir ki, tarixi qala Van gölündə suyun səviyyəsinin normadan artıq (təxminən 160 metr) qalxması nəticəsində su altında qalıb.

Arxeoloqların fikrincə, sözügedən qala Urartu dövlətinin dövründə inşa edilib. Dərinliyi 10 metrə yaxın olan qalanın sahəsi 1 kvadrat kilometr təşkil edir. Ərazidə axtarışlar davam etdirilir.

Aparılan sualtı araşdırmalar zamanı qala ilə yanaşı, bir sıra daşdan hazırlanmış fiqurlar, eləcə də şiri xatırladan heykəl də tapılıb.

 

Müstəqil.Az

Share: