14 yaşlı azərbaycanlının Seeya ilə birgə dueti… – Video

Azərbaycanlı pop ifaçısı Sabina Beyli “Papito”, “Şokolad” mahnıları ilə tanınan rumın müğənni Seeya ilə birgə “No puedo” adlı duetini təqdim edib.

Müstəqil.Az Kult.az -a istinadən xəbər verir ki, “Tommo Prodakşn” tərəfindən 4 noyabrda təqdim edilən mahnı 631 mindən çox izlənilib.

14 yaşlı Sabina Avropa və Amerikada populyarlaşmış “Redi for tonayt” və “Nevə let qo” adlı ingilisdilli mahnıları ilə Avropanın musiqi aləmində diqqət cəlb etməyi bacarıb.

Sabina Beyli bu nailiyyətləri ilə kifayətlənməyi düşünmədiyini, yaxın zamanlarda Amerika və Avropa bazarlarında ispan, ingilis dillərində yeni hit mahnılarının yayımlanmasına hazırlaşdığını bildirib.

 

 

 

Müstəqil.Az

Share: