Türkiyə təyyarəsi ABŞ səmasında burulğana düşdü

Türk Hava Yollarına məxsus İstanbul-Nyu–York reysi ilə uçan sərnişin təyyarəsi ABŞ səmasına daxil olandan sonra hava burulğanına düşüb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ani olaraq idarəetmənin itməsi 30 sərnişinin xəsarət almasına səbəb olub. Enişdən sonra yaralılar xəstəxanaya çatdırılıb. Göyərtədə 300 sərnişinin olduğu bildirilir.

Share: