Qirkin Krıma görə verilmiş medalı satır: Putinə nifrət…

Qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkin (Strelkov) Krımın anneksiyasına görə ona təqdim olunmuş medalı satışa çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Novaya qazeta” yazıb.

Medalın başlanğıc qiyməti 1 milyon rubl təyin edilib. Hərrac 13 apreldə keçiriləcək.

Qirkin medalı satışa çıxarmasının səbəbi kimi onun döyüş şücaətinə görə verilməməsini, dövlət mükafatı olmamasını və üzərində nifrət etdiyi Rusiya Prezidenti Vladimir Putinin təsvirinin olmasını göstərib.

Müstəqil.Az

Share: