Türkiyə sahillərində yük gəmisində partlayış olub…

Türkiyənin Sinop limanının sahillərində quru yük gəmisində partlayış olub.

 

Müstəqil.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə gəminin qazanxanasında qeydə alınıb.

 

Qəza nəticəsində bir nəfərin öldüyü, digərinin xəsarət aldığı bildirilir.

Gəminin limana fırtına səbəbindən yaxınlaşdığı deyilir.

Hadisənin səbəbi hələ məlum deyil.

Share: