Burnu tutulan insanların problemi bağırsağındadır- Göbələkdən təmizlənin

Payız-qış aylarında çox adamın burnu tutulur, seliklə dolur, qişası şişir, nəfəs ala bilmir. Həkimlər haymorit, frontit, sinusit, rinit diaqnozu qoyaraq burun və ətrafını təmizləməklə məşğul olur. Lakin çox adam bilmir ki, problemin kökü bağırsaqlardadır. Bəlkə də bilirlər, amma bu işlə heç kim başını ağrıtmaq istəmir.
Mayo klinikasının 210 nəfər xroniki sinusitli xəstə üzərində apardıqları tədqiqat nəticəsində onların burnundakı selikdən götürülən analizdə kandida göbələyi aşkar olundu. Məlum oldu ki, sinusit, rinit orqanizmin patogen göbələklərə qarşı reaksiyasıdır. Bəzi insanlar göbələklərə qarşı həddən artıq həssas olduqlarından onlarda kandidoz kimi göbələk xəstəliyi üzə çıxır. Orqanizm üçün zərərli olan göbələklər təəssüf ki, qan vasitəsilə sürətlə bütün bədən boyu yayılaraq, tənəffüs yolları, beyin və burun selikli qişasına düşür.
Orqanizminizdə göbələklərin tüğyan edib-etməməsini aşağıdakı simptomlardan özünüz də aşkar edə bilərsiz:
-Bədəndə naməlum ağrılar
-Pis tənəffüs
-Yorğunluq
-Başgicəllənməsi
-Ürəkbulanma
-Üzdə sızanaq
-Vaginal səpkilər
-Dəridə qaşıntı, səpki
-Ağızdan pis qoxu
-Əsəbilik
Bir çox gündəlik qəbul etdiyimiz ərzaqlar göbələyin sayını artırır. Bunlardan qənd, şəkər, un, süd məhsulları, şirin içkilər, alkoqol, pivəni misak çəkmək olar. Bundan əlavə bir sıra dərmanlar, antibiotik və stress də orqanizmdə göbələk statusunu artırır. Xoşbəxtlikdən göbələklə mübarizə aparmaq və təmizləmək metodları var.
Ən təsiredici vasitə Kapril turşusudur. Bu yağ kokos yağının tərkibində var. Həmçinin çay sodası, sarımsaq, sarıkök də müsbət təsir edir.
Siz laktobakteriyalarla zəngin təbii yoqurt, ev qatığı, kefir çox qəbul etməlisiz. Xüsusi pəhriz saxlamalısız.
Burnu yumaq üçün:
Yarım stəkan isti suya 1 çay qaşığı duz və yarım çay qaşığı soda həll edib, bu su ilə hər günü burunun içini yuyub, qarqara edə bilərsiz. Buruna ekvalipt  yağı damızdırmaq da super effekt verir.

Share: