Tural Balabəylinin şeiri oğurlanıb – “NECƏ SÖHBƏTDİR?!” – VİDEO

 Gənc şair Tural Balabəylinin “Necə söhbətdir?!” şeiri oğurlanıb.

Müstəqil.Az xəbər verir ki, bu haqda  Prezident təqaüdçüsü, gənc şair Tural Balabəyli özünün feysbuk səhifəsində məlumat verib:

“Şeirimi İfrat Dünyamalıyev adlı uğursuz bir meyxanaçı mənimsəyib. İfrat Dünyamalıyev ifrata vararaq  şerimi sanki “dünya malı” hesab edib. O, şeirə bir neçə söz əlavə edərək özününküləşdirib. Hələ bunula da kifayətlənməyib, şeirə musiqi yazıb və gənc müğənni Vəfa Şərifovaya sataraq maddi gəlir də əldə edib.”
Tural Balabəyli daha sonra əlavə edib ki, bu şeiri 2015-ci ildə yazıb:

“Sözün düzü buna bitkin şeir deməzdim… Vaxtı ilə ədəbi portallarda yayınlansa da sonradan Cızma-qaradır, dedim və istəyirdim üstündə yenidən işləyim. İndi də düşünürəm ki şeir tam hazır deyil. İndi görürəm meyxanaçı İfrat Dünyamalıyev mənim cızma-qara hesab etdiyim şeirə əl gəzdirib, mahnı bəstələyib… Bəstələsin eee… Axı “cızma qaranı”.  yəni, mənim bu yarımçıq şeirimu gəərək öz adına çıxmayaydı…”

Şerin orjinal mətnini və mahnı versiyasını təqdim edirik:

Səni düşünən biri var – adı Tural…
Sənə həsrətdir…
Demirəm ki, yanıma gəl…
Bəlkə arada yuxuma gəlib yad edəsən…
Necə söhbətdir?!

Sevib elə bil günah etdik;
hər kəs önümüzə səd çəkdi…
Dərdimi saçlarım kimi kəsdikcə uzandı…
Nə olar gecikmə – bir də gördün ölmüşəm…

 

İfa: Vəfa Şərifova Söz: İfrat Dünyamalıyev Mus: İfrat Dünyamalıyev
Bunun bir adı var oğurluqdur…

Müstəqil.Az

Share: