Trampın kürəkəni Ər-Riyada elan olunmamış səfər edib

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada elan olunmamış səfər edib.

Bu barədə “Politico” Ağ Evdəki mənbəyə istinadən xəbər verib.

Onun sözlərinə görə, C.Kuşneri səfərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Din Pauel və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblatt müşahidə edib.

Qeyd edək ki, sahibkar və milyonçu, 36 yaşlı Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır.

Share: