Tovuzdakı qəzada ölənlərin kimliyi məlum oldu — Yenilənib+Foto

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Düz Cırdaxan kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində bir azyaşlı ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli

***

APA-nın məlumatına görə, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq həkimlərin səyinə baxmayaraq həyatını itirib. Qəza zamanı 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu ölüb.

Həmçinin qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş şəxslərin kimliyi məlum olub. Onlar Daşkəsən rayon sakinləri 1988-ci il təvəllüdlü Əliyev Elçin və 1992-ci il təvəllüdlü Aslanov Elçindir.  



Share: