Tovuzda yol qəzası baş verdi

Tovuz rayonunda yol qəzası baş verib.

“Trend”in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Əlibəyli kənd sakini, 1989 -cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi “VAZ”markalı avtomobili idarə edərkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişini, 1997-ci il təvəllüdlü Abdiyev Tural Musa oğlu ağır xəsarətlər alıb. Hər iki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: