Suriyanın Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə vurulub

Suriya ordusu Həma vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin terrorçular tərəfindən vurulduğunu açıqlayıb.

TASS xəbər verir ki, bu barədə “Səna” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin pilotu həlak olub. Təfərrüatlar açıqlanmır.

Bir müddət əvvəl ölkə müxalifəti də Hamada HHQ-ə məxsus təyyarəni vurduğunu bəyan edib.

Müstəqil.Az

Share: