“Tor”a həyat yoldaşından məzəli ad günü təbriki – FOTO

“Marvel” Kainatında “Tor” rolu ilə məşhurlaşan avstraliyalı aktyor Kris Hemsvort 39 yaşını qeyd edib. Ulduzun həyat yoldaşı Elza Pataki onu qeyri-adi şəkildə təbrik edib və sosial şəbəkə hesabından məzəli fotolarını paylaşıb.

Yayımlanan kadrlardan birində aktyor hamamda başında tutuquşu ilə, ikincidə – uşaqlarının əhatəsində, üçüncüdə – həyat yoldaşı ilə birlikdə “Tor: Məhəbbət və İldırım” (“Thor: Love and Thunder”) filminin çəkiliş meydançasında əks olunub.

“Ad günün mübarək, mənim sevimli tutuquşu əhliləşdiricim, uşaq təlimçim və xanımları ram edənim. Edə bilməyəcəyin heç nə yoxdur. Səni Aya qədər və geriyə olan məsafə qədər sevirik”, – deyə ispan aktrisa təbrik edib.

Xatırladaq ki, Elza Pataki və Kris Hemsvort 10 ildən çoxdur ki, birlikdədirlər. Onların İndiya Rouz adlı qızları və Tristan, Saşa adlı əkiz oğulları var.

Mənbə: Gazeta.ru

Share: