“Kung Fu Panda 4”ün yayım tarixi açıqlandı

Hollivudun ən böyük kino şirkətlərindən biri “Universal” “Kung Fu Panda” cizgi filminin dördüncü hissəsinin buraxılış vaxtını elan edib.

Bildirilir ki, filmin dünya premyerası 2024-cü il martın 8-də olacaq.

Franşizanın yeni hissəsinin rejissor kürsüsündə kimin olacağı barədə studiya hələlik açıqlama verməyib. Amma məlumdur ki, baş qəhrəmanın səs ifaçılığını yenidən aktyor Cek Blek edəcək.

Bildirilir ki, cizgi filmin tərtibatını əvvəlki hissələr üzərində işləyən “DreamWorks Animation” həyata keçirəcək.

Qeyd edək ki, “Kung Fu Panda” ən uğurlu cizgi filmi franşizalarından biridir. İlk üç film dünya üzrə 1,8 milyard dollar gəlir əldə edib.

Mənbə: Variety

Share: