Telman İsmayılovun qardaşı da beynəlxalq axtarışa verildi

Moskvanın Çerkizovo bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib.

 
Turkustan.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskvanın Basman məhkəməsi Vaqif İsmayılovun qiyabi həbsinə qərar verib. O, qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunub.
Qeyd edək ki, ötən gün Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi barədə məlumat yayılıb.   /BakuPost.az/

Share: