TEKNOFEST bu şəhərdə keçiriləcək

Bu il TEKNOFEST İzmir, İstanbul və Ankarada keçiriləcək.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, aviasiya, kosmos və texnologiya festivalı bu ilin martından avqustuna kimi fasilələrlə təşkil olunacaq.

Belə ki, martın 16-dan 19-dək İzmirdə, martın 27-dən mayın 1-dək İstanbulda, avqustun 30-dan sentyabrın 3-dək Ankarada keçiriləcək.


Share: